`Dağlıq Qarabağ mövzusunda təhdidlə qarşılaşa bilərik` - Erməni deputat


22:29     07 Yanvar 2018 enfiyan.jpg

Ermənistan prlamentinin deputatı Vahe Enfiayan ölkəsinin gələcək taleyi haqqında bədbin danışıb.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, ABŞ - Rusiya münasibətlərinin pisləşməsini özləri üçün təhdid kimi qəbul edib:

`ABŞ və Rusiya arasında durmadan artan qlobal cəbhələşmə yeni bir soyuq müharibənin astanasında olduğumuzu göstərir.

Ermənistan Rusiya - ABŞ qarşıdurmasının ilk xəttində yerləşir. Bu səbəbdən Ermənistan Dağlıq Qarabağın da daxil olduğu bir neçə mövzuda yeni təhdidlərlə qarşılaşa bilər`.

Amin Nəzərli

Femida.az

Açar sözlər:

Oxunub: 1153